Azərbaycan futboluna böyük itki üz verib. SSRİ dövründə “Neftçi”nin heyətində çıxış etmiş futbol veteranı Bəxtiyar Qulamov 64 yaşında dünyasını dəyişib.
Qol.Az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.
1949-cu ildə anadan olmuş Bəxtiyar Qulamov 1972-1978-ci illər ərzində “Neftçi”nin formasını geyinib. Komandanın ən yaxşı müdafiəçilərindən hesab olunan Bəxtiyar Qulamov “ağ-qaralar”ın heyətində SSRİ çempionatında 181, ölkə kubokunda isə 14 oyun keçirib. SSRİ idman ustası adına layiq görülmüş futbolçu, karyerasını başa vurandan sonra da sevimli peşəsindən ayrılmayıb. Daim öz fəaliyyəti ilə Azərbaycan futboluna xidmət etmiş mütəxəssis eyni zamanda məşqçi kimi də çalışıb.
“Neftçi” PFK Bəxtiyar Qulamovun vəfatından kədərləndiyini bildirib və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!
Qaynar.info
Şərhlər