Xəbər lenti

Azərbaycan gələn il xarici dövlətlərə kredit verməyi proqnozlaşdırmır
Ölkə 19:35 01.11.2017

Azərbaycan gələn il xarici dövlətlərə kredit verməyi proqnozlaşdırmır

Əvvəlki illərdən fərqli olaraq Azərbaycanın 2018-ci il dövlət büdcəsində xarici dövlətlərə kreditlərin verilməsi ilə bağlı vəsait proqnozlaşdırılmayıb. Bu səbəbdən də növbəti ilin büdcə layihəsində ilk dəfə olaraq iqtisadi təsnifat üzrə maliyyə aktivləri üzrə əməliyyatların maliyyələşdirilməsinə vəsait nəzərdə tutulmayıb.

"Report” bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyinə istinadən xəbər verir.
2018-ci il dövlət büdcəsinin layihəsində Qida Təhlükəsizliyi Agentliyinin saxlanma xərclərinin ödənilməsi məqsədilə ilk dəfə olaraq vəsait nəzərdə tutulub.

Bundan başqa, növbəti ilin büdcə layihəsində ilk dəfə olaraq işsizlik sığortası ilə bağlı mexanizmin tətbiqi məqsədi ilə vəsait nəzərdə tutulub. "İşsizlik sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihəsinə görə, büdcədən maliyyələşən təşkilatlar və orada işləyənlər üzrə 35 452,4 min manat vəsaitin icra ediləcəyi proqnozlaşdırılır.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->