İdman 00:45 03.04.2014

Azərbaycan güləşçisi Avropa çempionu oldu

Finlandiyanın Vantaa şəhərində sərbəst güləş üzrə Avropa çempionatı keçirilir.

APA-nın  məlumatına görə, çempionatın ikinci günündə Azərbaycan təmsilçisi Hacı Əliyev (61 kg)  qızıl medal qazanıb.

O,  1/8 finalda Aleksandr Semisorovu (Almaniya), 1/4 finalda  gürcüstanlı Beka Lomtadzeni, yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptarı üstələyib.

 Finalda Hacı Əliyevin rəqibili Rusiya təmsilçisi Bekxan Qoyqeryev olub. 12-5 hesabı ilə rəqibinə qalib gələn idmançımız Avropa çempionu adına layiq görülüb.

Qaynar.info