Ölkə 18:39 12.03.2020

Azərbaycan hökuməti vətəndaşları səfərə getməməyə çağırdı

Azərbaycan hökuməti ölkə vətəndaşlarını xarici ölkələrə səfər etməməyə çağırıb.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.

"Azərbaycan Respublikası vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə, xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur", - məlumatda vurğulanıb.