İdman 13:10 09.02.2014

Azərbaycan ilə Ukrayna arasında müqavilə imzalandı

Dünən Soçidə Azərbaycan ilə Ukrayna arasında idman və Olimpiya hərəkatı sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. 

“Qafqazinfo” xəbər verir ki, müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Ukraynanın gənclər və idman naziri Ravil Safiullin imzalayıblar.

Müqavilədə iki ölkə arasında idman və Olimpiya hərəkatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, idmançıların Azərbaycanda və Ukraynada təlim-məşq toplanışlarının keçirilməsi və digər məsələlər nəzərdə tutulur.

Qaynar.info