Ölkə 16:41 09.04.2019

Azərbaycan İrana humanitar yardım göndərir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Hökuməti adından İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fələkətlə əlaqədar bu ölkəyə humanitar yardım yola salacaq. 

Bu barədə Qaynarinfo-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işləri görülür.

Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.