Ekonomiks 15:43 02.07.2013

Azərbaycan İrana qaz nəqlini dayandırdı

Astara-Qazıməmməd magistral qaz kəmərində təmir işləri həyata keçiriləcək. 

ARDNŞ-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədar olaraq Azərbaycandan İrana qaz verilişi bu gündən dayandırılıb.

Magistral qaz kəmərində təmir işlərinə iyulun 3-dən başlanılacaq. Bununla əlaqədar olaraq, iyulun 3-dən 4-dək «Astara» Modul Elektrik Stansiyasının (MES) qaz təchizatı dayandırılacaq.

Qaynar.info