Foto 10:58 06.06.2019

Azərbaycan kəndində maraqlı adət: bütün sakinlər bir-birilə salamlaşır (FOTO/VİDEO)

Qəbələnin Qəmərvan kəndində Ramazan bayramı ilə bağlı uzun illərdən bəri davam edən maraqlı adət-ənənə bu il də həyata keçirilib.

Bayram günü kəndin sakinləri əsas küçədə cərgə ilə düzülərək bir-birilə salamlaşıb-qucaqlaşıblar və bayramlaşıblar. 

Onlar bu addımla bir-birilərinə qarşı sevgi və qardaşlıqlarını nümayiş etdiriblər.

Bu mərasimin ən maraqlı tərəflərindən biri də budur ki, hətta il boyu ədavəti olanlar belə həmin gün barışırlar. (BAKU.WS)