İdman 13:58 25.04.2013

Azərbaycan klublarından voleybolçuya 1 milyon avroluq təklif

Azərbaycanın voleybol klubları Bolqarıstan yığmasının hücumçusu Eliç Vasilyevanı almaq niyyətindədir. 

Bu barədə “azerisport.az” saytı məlumat yayıb.

Hal-hazırda Braziliyanın “Kampinas” klubunda oynayan voleybolçu aldığı 10 000 avroluq məvacibdən narazı olduğunu bildirdikdən sonra hər klub onu öz heyətinə çəkməyə çalışır.

Məlumata görə, E. Vasilyeva Azərbaycan komandasına keçərsə, 1 000 000 avro alacaq.

Qaynar.info