İdman 11:00 18.12.2013

Azərbaycan klubu 12 nəfərlə oynadı

"Araz Naxçıvan"ın "Nəqşicahan" fan klubu "Neftçala" ilə oyunda baş verən hadisələrlə bağlı  etirazını bildirir:

Qaynar.info idmanxeber-ə istinadən həmin etirazı təqdim edir:

"Bildiyimiz kimi 15 dekabrda "Bayıl Arena"da "Neftçala" - "Araz-Naxçıvan" matçı baş tutdu. Oyundan xüsusi bir nüansı diqqətinizə çatdırırıq.

Son hücumlarımızın birində "Neftçala" futbolçularından biri zədələndi. Elə bu vaxt nominal meydan sahibləri əvəzetmə etdilər və 4 nömrəli futbolçuları olan Orxan Məmmədov oyuna girdi. Ancaq onun əvəzlədiyi 7 nömrəli futbolçu Nakim Vəliyev meydanı tərk etmədi bu an. Bu dəyişiklik haqqında hətta stadionda elan da verilmişdi. Videoreportaja baxanda aydın və dəqiq məlum olur ki, Nakim Vəliyev 1 dəqiqə 20 saniyə oyunda olub. Bu barədə əlimizdə video və fotofaktlar var.

"Nəqşicahan" AAK olaraq buna etiraz edirik. Sabah bu haqda PFL-ə məlumat verəcəyik.

Xaqani Məmmədov cənablarına da bildirirk ki, hakimlərinə danışıq tərzi və oyunu idarə etməyi öyrətsin".

Qaynar.info