Foto 10:29 30.01.2018

Azərbaycan komandasından İsveçrədə böyük uğur (FOTOLAR)

İsveçrənin Sankt Moritz şəhərində qar polosu üzrə Dünya Kuboku keçirilib. 

Qaynarinfo xəbər verir ki, turnirin sonuncu günündə üçüncülük və "La Martina kuboku” uğrunda görüş baş tutub. "Odlar Yurdu Azərbaycan” və yerli "Badrutt’s Palace” komandaları arasındakı görüşdə təmsilçimiz qalib gəlib. Yarışda ilk dəfə iştirak etməsinə baxmayaraq, ardıcıl ikinci qələbəsini qazanan "Odlar Yurdu Azərbaycan” "La Martina kuboku” və bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, yarışın qalibi finalda "Maserati” komandasına qlib gələn "Cartier” olub.