İdman 20:15 14.04.2019

Azərbaycan kubokunda yarımfinal oyunlarının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunlarının cədvəli açıqlanıb.
 
ONA-nın məlumatına görə, eyni gündə keçiriləcək qarşılaşmalar aprelin 23-də baş tutacaq. Öncə "Qəbələ” – "Qarabağ” matçı baş tutacaq. Ardınca isə "Sumqayıt” – "Zirə” oyunu keçiriləcək.

Qeyd edək ki, hər iki görüş "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
 
Azərbaycan kuboku
Yarımfinal, ilk oyun
23 aprel (çərşənbə axşamı)

"Qəbələ” – "Qarabağ”
Qəbələ şəhər stadionu, 16:00

"Sumqayıt” – "Zirə”
"Kapital Bank Arena”, 18:30