Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və oğurluqda təqsirləndirilən Pakistan vətəndaşları - Asif Muhammad Anjum və Khani Shah Navazın işi üzrə məhkəmə prosesi keçirilib.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin həmin şəxslərin ekstradisiyası ilə bağlı verdiyi təqdimata baxılıb.
Məhkəmənin qərarı ilə təqdimat təmin edilib və hər iki şəxsin ABŞ-a təhvil verilməsi barədə qərar çıxarılıb.
Qeyd edək ki, Pakistan vətəndaşları haqqında ABŞ-ın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.
ABŞ tərəfindən beynəlxalq axtarışa verilən 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navaz bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.
Şərhlər