Xəbər lenti

Azərbaycan meyvə ixracını bir ilə 48 faiz artırıb
Ölkə 21:03 14.09.2018

Azərbaycan meyvə ixracını bir ilə 48 faiz artırıb

Azərbaycan meyvə ixracını bir ilə 48 faiz artırıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin yanvar-iyul aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 48,0 faiz, kartof – 15,5 faiz, bitki yağları – 23,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,0 dəfə, meyvə və tərəvəz konservləri – 23,5 faiz, polietilen – 10,9 faiz, emal olunmamış alüminium – 18,5 faiz, pambıq lifi – 66,9 faiz, qara metallardan borular – 10,2 faiz, pambıq ipliyi – 23,1 faiz artıb, təzə tərəvəz ixracı isə 1,5 faiz, şəkər – 44,7 faiz, meyvə və tərəvəz şirələri – 15,2 faiz, tütün – 20,1 faiz, çay – 17,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 7,8 faiz, qara metallardan yarımfabrikatlar – 70,9 faiz, bentonit gili – 3,2 faiz azalıb.

2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2018-ci ilin yanvar-iyul aylarında buğda idxalı 17,1 faiz, bitki yağları – 41,7 faiz, təzə meyvə – 47,5 faiz, çay – 6,3 faiz, quş əti və onun əlavə məhsulları – 3,7 faiz, qara metallardan borular – 2,0 dəfə, minik avtomobilləri – 2,7 dəfə, qara metallardan çubuqlar – 27,3 faiz, mineral gübrələr – 77,0 faiz, mebellər – 32,1 faiz, hesablama maşınları, blok və qurğuları – 4,1 faiz, rezin şinlər – 2,0 faiz, polietilen – 60,0 faiz, məişət kondisionerləri – 20,2 faiz, yük avtomobilləri – 2,2 dəfə, paltaryuyan maşınlar – 29,2 faiz, sement və sement klinkerləri – 59,4 faiz, məişət soyuducuları – 2,3 dəfə artıb, siqaret idxalı isə 3,7 faiz, xam şəkər və şəkər – 45,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 20,7 faiz, kartof – 23,2 faiz, mal əti – 21,0 faiz, təzə tərəvəz – 46,3 faiz, polad prokatı – 2,2 faiz, qara metallardan künclüklər ­– 7,3 faiz, avtobuslar – 37,8 faiz azalıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->