Foto 23:30 19.03.2019

Azərbaycan milli komandası Zaqrebə çatıb (FOTO)

Xorvatiya yığması ilə keçirəcəyi futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə oyunu ilə əlaqədar səfərə çıxan Azərbaycan milli komandası Zaqrebə çatıb.

Qaynarinfo report-a istinadən bildirir ki, Azərbaycan Hava Yollarına məxsus təyyarə, təqribən, 4 saatlıq uçuşun ardından Zaqreb hava limanına enib.
Yığma martın 20-də "Maksimir" stadionunda məşqə çıxacaq. Ertəsi gün Bakı vaxtı ilə saat 23:45-də isə Xorvatiya - Azərbaycan matçı start götürəcək.