İdman 21:01 05.09.2017

Azərbaycan millisi İrlandiyaya uduzdu

21 yaşadək futbolçulardan ibarət komandalar arasında "AVRO-2019"un seçmə mərhələsi davam edir. "Qaynarinfo" xəbər verir ki, bu gün Azərbaycan millisi İrlandiyanı qəbul edib.

Ötən tur İsrailə 1:3 hesabı ilə yenilən Yaşar Vahabzadənin yetirmələri bu dəfə evdə eyni aqibəti yaşayıb - 1:3. Hesabı 9-cu dəqiqədə Rayan Manninq açıb. 3 dəqiqə sonra Mahir Mədətov bərabərliyi təmin etsə də, Rayan Manninq 36-ci dəqiqədə dublunu rəsmiləşdirib. Son nöqtəni isə 51-ci dəqiqədə Ris Qreqo-Koks qoyub.

Qrupda iki oyun keçirən millimiz xal qazana bilməyib və son pillədə qərarlaşıb. 

AVRO-2019 (U-21)

Seçmə mərhələ

V qrup

5 sentyabr

19.00 Azərbaycan - İrlandiya 1:3

Qollar: Mahir Mədətov, 12 - Rayan Manninq, 9; 36. Ris Qreqo-Koks, 51.

Azərbaycan: 12. Mustafa Kemal Ozhitay, 2. Sertan Taşkın, 3. Vüqar Həsənov (23. Ozan Can Kokcu, 67), 4. Bəhlul Mustafazadə, 5. Serkan Baloğlu, 6. Alen Askerov, 8. Qismət Əliyev, 10. Elnur Cəfərov, 11. Mahir Mədətov (k) (16. İlyas Səfərzadə, 80), 17. Əlibəy Məmmədli (7. Ehtiram Şahverdiyev, 46), 18. Onur Albayrak.

Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 14. Yusif Nəbiyev, 20. Eltun Turabov, 21. Xəyal Nəcəfov, .

Baş məşqçi: Yaşar Vahabzadə.

İrlandiya: 1. Kiran OHara, 2. Danni Keyn (15. Rayan Dalaney, 90+2), 3. Kori Uilan, 4. Rayan Svini, 5. Şon Donnellan, 6. Deklan Rays, 7. Coşua Kallen (k), 8. Henri Çarsli (18. Liam Kinsella, 90+3), 9. Ris Qreqo-Koks (17. Yosep Quyqli, 89), 10. Rayan Manninq, 11. Ronan Kurtis.

Ehtiyat oyunçular: 16. Liam Bossin, 12. Jak Mulraney, 13. Konor Şauqnessi, 14. Konnor Ronan.

Baş məşqçi: Noel Kin.

Sarı vərəqələr: Alen Askerov, 20. Elnur Cəfərov, 45+3. Qismət Əliyev, 52 - Rayan Svini, 77.

Qırmızı vərəqə: Elnur Cəfərov, 53.

Hakimlər: Şandor Sabo, Peter Kobor, Balaj Sert, Balaj Berke (Macarıstan).

Bakı. “Dalğa Arena”.

1. İrlandiya22004-16

2. Kosovo32016-36

3. İsrail11003-13

4. Almaniya00000-00

4. Norveç20022-60

6. Azərbaycan20022-60

Qaynarinfo.Az