İdman 22:35 07.09.2018

Azərbaycan millisi Millətlər Liqasına "sülh"lə başladı

Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, "D" Liqasının 3-cü qrup matçında rəqib Kosovo millisi olub.

Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 0:0.

Matçın sakit keçən ilk yarısı ilə müqayisədə ikinci hissə daha maraqlı alınıb. Buna əvəzləmələrin də təsiri olub.

61-ci dəqiqədə Ruslan Qurbanov Təmkin Xəlilzadəyə, 66-cı dəqiqədə Emin Mahmudov Dmitri Nazarova, 74-cü dəqiqədə Ramil Şeydayev Rauf Əliyevə yerini verib. 69-cu dəqiqədə isə Azərbaycan millisinin hücumu zamanı top cərimə meydançası daxilində rəqib müdafiəçinin əlinə dəysə də, referi penalti təyin etməyib.

Bir neçə epizodda isə təhlükəli hücumları qolla tamamlamaq mümkün olmayıb.

Beləliklə, Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında ilk rəsmi matçından qolsuz bərabərliklə ayrılıb. Yanvarın 30-da Moldova ilə yoldaşlıq görüşünə təsadüf edən Qurbanovla ilk sınaqda da eyni hesab qeydə alınmışdı - 0:0. 
 
UEFA Millətlər Liqası
D liqası, III qrup

7 sentybar
Azərbaycan - Kosovo 0:0
Azərbaycan: 1. Kamran Ağayev (k.), 2. Qara Qarayev, 3. Ürfan Abbasov, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev, 7. Mahir Mədətov, 8. Emin Mahmudov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov.
Kosovo: 1. Samir Uykani, 3. Fidan Aliti, 5. Herolind Şala, 6. Hekuran Kryeziu, 9. Bersant Tselina, 10. Arber Zeneli, 13. Armi Rrahmani, 15. Mergim Voyvoda, 18. Vedat Muriqi, 19. Leart Pakyarada, 22. Edon Jegrova.
Baş məşqçi: Qurban Qurbanov.
Kosovo: 1. Samir Uykani, 3.  Fidan Aliti, 5. Herolind Şala, 6. Hekuran Kryeziu, 9. Bersant Tselina, 10. Arber Zeneli, 13. Armi Rrahmani, 15. Mergim Voyvoda, 18. Vedat Muriqi, 19. Leart Pakyarada, 22. Edon Jegrova.
Ehtiyat oyunçular: 12. Maloku, 6. Bekay, 2. Krasniqi, 4. Xhemayli, 7. Raşika, 8. Avdijay, 11. Raşani, 14. Voka, 17. Kololi, 20. Dermaku, 21. Nuhiu, 23. Berişa.
Baş məşqçi: Bernar Şalland.
Hakimlər: Ola Hobber Nilsen, Harald Qronevik, Oskar İsaksen, Simon Ytterland (Norveç).
Əlavə köməkçi hakimlər: Espen Andreas Eskas, Tom Harald Hagen (Norveç).
Hakim-inspektor: Lusilio Kardozo Kortez Batista (Portuqaliya).
UEFA nümayəndəsi: Martin Sturkenboom (Hollandiya).
Bakı Olimpiya Stadionu.