İdman 22:06 09.09.2019

Yurçeviçli yığma ilk xalını qazandı - YENİLƏNDİ

Nikola Yurçeviçin rəhbərlik etdiyi yığmamız AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.

Qaynarinfo xəbər verir ki, təmsilçimiz "Bakcell Arena"da son dünya çempionatının ikincisi Xorvatiya ilə qarşılaşıb. Gərgin və sürətli keçən matçın 11-ci dəqiqəsində Luka Modriç xorvatları hesabda irəli çıxarıb. Görüşün sonlarına yaxın, bir qədər də dəqiqləşdirsək 72-ci dəqiqədə isə millimiz hesabı bərabərləşdirməyə nail olub. Təmkin Xəlilzadə xorvat müdafiəçilərin arasında sıyrılaraq rəqib qapısının torunu silkələyib.
 
Bununla da millimiz seçmə mərhələdə ilk xalını qazanıb.

AVRO-2020
Seçmə mərhələ
VI tur, 9 sentyabr

E qrupu
20.00 Azərbaycan - Xorvatiya 1:1 (BİRİNCİ HİSSƏ)
Qol: (Modriç, 11-pen Təmkin Xəlilzadə, 72)
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda.
Baş məşqçi: Nikola Yurçeviç.

Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartoleç.
Ehtiyat oyunçular: 12. Lovre Kaliniç, 23. Simon Sluqa, 2. Miyo Çaktaş, 5. Matey Mitroviç, 7. Yosip Brekalo, 8. Marko Roq, 9. Mislav Orşiç, 14. Mile Şkoriç, 15. Mario Paşaliç, 16. Yosip Yuranoviç, 17. Dario Melnyak, 19. Milan Badel.
Baş məşqçi: Zlatko Daliç.

Hakimlər: Sandro Şörer, Stefane De Almeyda, Alen Hayniger, Fedayi San (İsveçrə).
Hakim-inspektor: Aleksandru Dyakonu (Moldova).
UEFA nümayəndəsi: Sergey İliç (Belarus).
Bakı. "Bakcell Arena".