İdman 22:34 17.04.2019

Azərbaycan millisinin heyəti açıqlandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb.

Qaynarinfo xəbər verir  ki, millimiz Belarus, İspaniya və Finlandiya ilə birgə "C” qrupunda yer alıb. 

Komandamızın heyətində Ceyran İmanova, Anastasiya Qurbanova, Odina Əliyeva, Olena Həsənova, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Yana Kulan, Yekaterina Jidkova, Kristina Yaqubova, Polina Rəhimova, Ayşən Abduləzimova, Şəfaqət Alışanova, Marqarita Əzizova, Bəyaz Əliyeva, Yana Əzimova, Nərmin Fərəcova, Yuliya Kərimova, Nurhan Kazımova, Mariya Kirilyuk, Leysan Lvovkina, Nərminə Musayeva, Leyla Parşkova, Kseniya Pavlenko və Nelli Salbişvili yer alıblar.