Video 09:18 20.11.2019

Azərbaycan millisinin məğlubiyyəti (VİDEO)

Azərbaycan millisi "AVRO-2020"nin seçmə mərhələsində son oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Nikola Yurçeviçin baş məşqçi olduğu komanda Slovakiyanın qonağı olub. Trnava şəhərindəki Anton Malatinski stadionunda təşkil olunan qarşılaşma Azərbaycan yığmasının 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Hesabı 19-cu dəqiqədə Robert Bojenik açıb. 86-cı dəqiqədə isə Marek Hamşikin zərbəsindən sonra top Bəhlul Mustafazadəyə dəyərək qapıya daxil olub.

Bu nəticədən sonra Slovakiya 13-cü xalını qazanıb, Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurub. 

E qrupunun digər oyununda Uels Macarıstanı məğlub edərək (2:0) həlledici raunda yüksəlib. Slovakiya isə seçmə mərhələ vasitəsilə Avropa çempionatına vəsiqə şansını itirib.