İdman 13:37 03.06.2018

Azərbaycan millisinin müdafiəçisi İspaniyada: hansı kluba keçdi?

"Araz”ın və futzal üzrə Azərbaycan milli komandasının üzvü Everton Kardoso karyerasını İspaniyada davam etdirəcək. 

Qaynarinfo xəbər verir ki, bu haqda futzalçı məlumat verib. "Araz”la müqaviləsi may ayında başa çatan Qalo ləqəbli müdafiəçi "Levante” ilə ortaq məxrəcə gəlib və 2018/19 mövsümünü bu komandanın heyətində keçirəcək. 

"Gələn mövsümdə "Levante”də oynayacağam. Klubun məşqçi heyətinə mənə olan inamına görə təşəkkür edirəm”, yazan Qalonun gedişini klubdan da təsdiqləyiblər. 

Qeyd edək ki, 2016-cı ilin yayında "Araz”a cəlb edilən Qalo indiyə qədər 10 rəsmi oyunda millinin formasını geyinib. Klubunu dəyişən "13” nömrə Azərbaycan millisindəki karyerasını davam etdirəcək.