İdman 20:00 07.05.2019

Azərbaycan millisinin üzvü Rumıniya çempionu oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Yekaterina Jidkova Rumıniya çempionu olub.

Voleybolçumuzun çıxış etdiyi "Alba” komandası təxirə salınmış oyunda Buxarestin "Dinamo” klubunu 3:0 hesabı ilə məğlub edərək ən yaxın izləyicisini 6 xal qabaqlayaraq çempionluq sevinci yaşayıb. 

Qeyd edək ki, Blaj təmsilçisi dördüncü dəfə Rumıniya çempionu olub.