Ekonomiks 11:25 03.04.2020

Azərbaycan nefti nədən Brentdən ucuzdur? (EKSPERT)

"Azərbaycan nefti 16,53 dollara satılıb".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycan neftnini Brent markalı neftdən ucuz satılmasının səbəbindən danışarkən deyib. 

Onun sözlərinə görə, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti daha 2,90 dollar ucuzlaşaraq 16,53 dollar təşkil edib:

"Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub. Azərbaycan neftinin qiyməti birjalarda təyin edilmir. Alıcı və satıcı arasında sövdələşmə predmeti əsasında Brent markalı neftə nisbətdə və həmin terminalda tələb-təklifə görə müəyyənləşir. Hazırda yüngül (light) neftə tələbat azalıb, ona görə Azərbaycan, Qazaxıstan və Nigeriya neftinin qiyməti Brentdən aşağı düşüb".

Bahar Rüstəmli