Ekonomiks 23:42 17.10.2018

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 81,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 0,12 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 80,90 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,12 dollar/barel azdır.