Ekonomiks 10:35 19.01.2022

Azərbaycan neftinin qiyməti 90 dolları keçdi

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,72 ABŞ dolları və ya 0,8% artaraq 90,56 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Ötən gün "Brent” markalı neftin bir bareli 89,56 ABŞ dolları olub.