İdman 14:42 29.09.2020

Azərbaycan noyabrdakı beynəlxalq yarışdan imtina etdi (RƏSMİ)

Noyabrda Bakıda keçirilməli olan paracüdo üzrə Qran Pri keçirilməyəcək.

Bu barədə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda 12-20 noyabr tarixlərində paracüdo idman növü üzrə Qran Pri yarışının və beynəlxalq təlim-məşq toplanışının keçirilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, dekabrda Bakıda keçirilməli olan idman gimnastikası üzrə kişi və qadınlar arasında Avropa çempionatlarının da baş tutması sual altına düşüb.