Ölkə 20:27 28.01.2022

Azərbaycan onu beynəlxalq axtarışa verdi (FOTO)

20 yaşlı Azərbaycan vətəndaşı beynəlxalq axtarışa verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Nurlan Bağırovun saxlanılması üçün qırmızı bülletenlə quruma müraciət edilib.

Qeyd edək ki, N.Bağırov qabaqcadan əlbir olan bir qrup şəxslə mütəşəkkil dəstə qurmaqda, cinayətkar birlik tərəfindən və xüsusi amansızlıqla və ya ictimai təhlükəli üsulla törədilmiş adam öldürmədə ittiham olunur.