Ölkə 15:53 30.09.2020

Ordumuz Ağdərədə yerləşən qərargahı vurdu: Düşmən xeyli itki verdi

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli itki verib", - Nazirlikdən bildirilib.