Foto 13:27 11.04.2019

Azərbaycan ordusu cəbhədə təlimdə (FOTO/VİDEO)

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin  hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə artilleriya bölmələri marş icra edib, cəmləşmə rayonlarına çıxıb və atəş mövqelərini tutaraq döyüş atışlarını yerinə yetiriblər.