Ölkə 18:07 04.07.2015

Azərbaycan ordusundan ermənilərə zərbə

Bu gecə Qarabağda atışma olub. Anspress-in məlumatına görə, gecə saat 01:30 radələrində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma zamanı bir erməni əsgəri güllə yarası alıb.

Faktı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. Nazirliyin açıqlamasında bildirilir ki, atışma zamanı Ermənistan ordusunun 20 yaşlı əsgəri Arsen Eduardoviç Xaçatryan ağır güllə yarası alıb. O, dərhal hərbi hospitala aparılıb.

Qaynar.info