Ölkə 11:52 16.04.2021

Azərbaycan Ordusunun daha bir əsgəri şəhid oldu (FOTO)

Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşən əsgəri Bayramov İlkin Bayram oğlu şəhid olub.

"Report”un xəbərinə görə, hadisə nəticəsində ağır yaralanaraq komaya düşən hərbi qulluqçu bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Mərhum Ağstafa rayonunun Pirli kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, İ.Bayramov Ağstafa rayonunun Pirli kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin ötən ilin dekarbrın 30-da imzaladığı sərəncamla "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!