Video 14:33 12.03.2019

Azərbaycan Ordusunun döyüş aviasiyası havaya qaldırıldı (VİDEO)

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərində iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.

Qaynarinfo Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromları və meydançalarına çıxarılıb.

Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.