Foto 12:51 22.04.2019

Azərbaycan Ordusunun hərbi təyyarələri havaya qalxdı (FOTO/VİDEO)

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotlarının peşəkarlığının yüksəldilməsi məqsədilə intensiv məşqlər davam edir.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, "Super Muşşak” və L-39 təyyarələrinin taktiki-texniki xüsusiyyətləri və uçuş imkanlarını nəzəri cəhətdən tam mənimsəyən, trenajorlarda müvafiq məşqlər keçən gənc hərbi pilotlarımız artıq həmin təyyarələrdə və "Mi" seriyalı çoxməqsədli helikopterlərdə praktiki təlim-məşq uçuşlarını yerinə yetirməyə başlayıb.

Tapşırığa uyğun olaraq gənc hərbi təyyarəçilər pilotaj texnikası, marşrut uçuşları, qoşa və manqa ilə uçuşları məşq etdirir.