Ölkə 17:05 11.03.2020

Azərbaycan Ordusunun polkovniki vəfat etdi (FOTO)

Azərbaycan Ordusunun zabiti vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Anar Kərimov uzun sürən xəstəlikdən sonra martın 10-da qaraciyər serrozundan dünyasını dəyişib.

"Ermənistan mətbuatının Anar Kərimovun düşmən tərəfindən öldürülməsi barədə yaydığı məlumat yalandır", - deyə məlumatda qeyd olunur.