Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, turun oyunları 3 günü əhatə edəcək.
Açılış matçında "Sumqayıt” öz meydanında "Səbail"i qəbul edəcək."Kapital Bank Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Komandalar bu vaxta qədər Premyer Liqada 8 dəfə üz-üzə gəliblər və hərəyə 3 qələbəyə seviniblər. Qələbələrin sayında olduğu kimi topların nisbəti də bərabərdir - 6:6. "Səbail" Aftandil Hacıyevin rəhbərliyi altında son iki görüşdə "Sumqayıt"a uduzmayıb.
Qeyd edək ki, II turun "Sabah" - "Keşlə" və "Qarabağ" - "Qəbələ" oyunları avqustun 25-də, "Zirə" - "Neftçi" dueli isə avqustunda 26-da olacaq.
24 avqust (şənbə)
19:00. – "Səbail”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sumqayıt, "Kapital Bank Arena”
Şərhlər