İdman 09:40 26.08.2019

Azərbaycan Premyer Liqası: "Neftçi" "Zirə"yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulacaq.

Qaynarinfo xəbər verir ki, turun son görüş günündə "Neftçi" səfərdə "Zirə"nin qonağı olacaq. Hər iki komanda mövsümə o qədər də uğurlu başlamayıb. İlk turda "Neftçi" heç-heçə oynayıbsa, "Zirə" səfərdə "Səbail"ə məğlub olub. Bu üzdən tərəflər nəhayət ilk qələbələrini qazanmaq niyyətindədilər. 

Bu komandaların 17-ci qarşılaşması olacaq. Buna qədər 16 dəfə üz-üzə gələn tərəflər arasında ən çox qələbə qazanan "Zirə"di. Belə ki, 8 matçda rəqibini məğlub edən qəsəbə təmsilçisi 3 oyunda meydandan məğlubiyyətlə ayrılıb. Qalan 5 görüş isə heç-heçə nəticələnib. Top fərqində də "Zirə"nin üstünlüyü nəzərə çarpır - 20:15 . "Zirə” son 6 matçda qalib gələ bilməyib. "Neftçi” son 4 səfər oyununda 1-dən çox qol buraxmayıb.

Azərbaycan Premyer Liqası, 2-ci tur

26 avqust (bazar ertəsi)

19:00. "Zirə” – "Neftçi”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabbarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu

Turun digər görüşləri
 
"Sumqayıt" - "Səbail” 0:3 
(Ağabala Ramazanov, 10-p., 69, Şəhriyar Rəhimov, 51)

"Sabah” – "Keşlə” 0:1
(Vüsal İsgəndərli, 45+1) 

"Qarabağ” – "Qəbələ” 0:3
(Riçard Almeyda, 61-p., Maqaye Qeye, 63, Abdulla Zubir, 79)
  
N Klublar O Q H M T-F X
1 Səbail 2 2 0 0 4-0 6
2 Qarabağ 2 2 0 0 4-0 6
3 Keşlə 2 1 0 1 1-1 3
4 Sumqayıt 2 1 0 1 2-3 3
5 Neftçi 1 0 1 0 1-1 1
6 Sabah 2 0 1 1 1-2 1
7 Zirə 1 0 0 1 0-1 0
8 Qəbələ 2 0 0 2 0-5 0
 
Bombardirlər: Mehdi Şərifi ("Sumqayıt"), Ağabala Ramazanov ("Səbail") - 2 qol