Video 14:19 28.10.2021

Azərbaycan repi: DMC REMO yeni klipini təqdim etdi (VİDEO)

Azərbaycan repinin parlayan ulduzlarından biri DMC REMO (Tural Abuzərli) yeni klipini təqdim edib. 
 
Qaynarinfo xəbər verir ki, əvvəlki işləri ilə rep həvəskarlarının böyük rəğbətini qazanan Remonun "Robot" adlı mahnısı da qısa müddət ərzində sosial şəbəkələrdə böyük populyarlıq qazanıb.

Mahnının aranjımanı DyRose-ə, sozləri DMC REMO-ya (Tural Abuzərliyə) məxsusdur. Ekran işinin rejissorlugunu isə DMC REMO (Tural Abuzərli) və Ruslan Paşayev edib.

Qeyd edək ki, DMC REMO orjinallığı və özünəməxsus dəstxətti ilə digər ifaçılardan fərqlənir. Məhz bu səbəbdən də sənətçinin mahnıları rep həvəskarları və gənclər arasında daha çox populyarlıq qazanır.

DMC REMO-nun ifasında "Gedirəm", "Sönər işıqlar" , "Qaranquşlar" ifalarına da qulaq asmaq olar.

Turalın təqdim etdiyi son klip də sosial şəbəkələrdə gənclər arasında böyük maraqla qarşılanıb.