Siyasət 16:17 20.05.2013

Azərbaycan Şimali Koreyadan silah aldığını təkzib etdi

Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin Şimali Koreyadan silah alması ilə bağlı xəbərləri təkzib edib.

APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, bu xəbərlər həqiqətə uyğun deyil və belə bir informasiyanın BMT-nin hesabatına necə düşməsi araşdırılacaq.    

Qeyd edək ki, mayın 19-da beynəlxalq mətbuatda Şimali Koreya şirkətlərinin Azərbaycana 70-ə yaxın portativ zenit-raket kompleksləri satmağa cəhd göstərdiklərinə dair xəbərlər yayılıb. Bu informasiya BMT ekspertlərinin hesabatına salınıb və BMT Təhlükəsizlik Şurasının komitəsində müzakirə olunub.

Qaynar.info