Ölkə 11:22 06.02.2014

Azərbaycan tərəfə keçən erməni zabitin VİDEOSU

Ermənistan mətbuatı Xaçik Martirosyanın Artaşat kəndində doğulduğunu yazıb

Azərbaycana casusluq etməkə ittiham edilən Xaçik Martirosyan 40 il polis sistemində çalışıb. Ans press-in məlumatına görə, bunu Ermənistanın NEWS.am saytı yayıb. Martirosyan Artaşat kəndinə doğulub. Sonradan İrəvana köçən X. Martirosyanın bir oğlu var. Ermənistan polisi Martirosyanın neçə il polis sistemində çalışdığı haqda məlumat verməyib.

Qeyd edək ki, Ermənistan mətbuatı dünən Azərbaycan xeyrinə casusluq etməkdə iuttiham olunan şəxsin yaxalanması barədə məlumat yayıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti sabiq polis əməkdaşı 60 yaşlı Xaçik Eqişeviç Martirosyanı saxlayıb.

Ermənistan mətbuatı həmin şəxsin öz xidmətini Azərbaycan xüsusi xidmət orqanlarına təklif etdiyini yazılr. Erməni hərbi xarakterli məlumatları Azərbaycan tərəfinə ötürəcəkmiş.

Xaçik Martirosyana qarşı cinayət işi açılıb, araşdırma aparılır.


Qaynar.info