Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb.
Qaynarinfo-nun trend-ə istinadən məlumatına görə, bu barədə Böyük Britaniyanın İqtisadiyyat və Sülh İnstitutunun "Global Terrorism Index 2019” reytinqində deyilir.
Azərbaycan bu reytinqdə 103-cü yerdə qərarlaşıb.
Terrorçuluq səviyyəsinə görə ən təhlükəli ölkələr Əfqanıstan, İraq, Nigeriya və Suriya hesab olunub.
Reytinqdə qeyd olunub ki, terrorçuluq nəticəsində ölüm halları dörd il ardıcıl azalmaqdadır.
2018-ci ildə 103 ölkədə azı 1 terror aktı törədilib, 71 ölkədə isə ölüm qeydə alınıb.
Terrorçuluq səviyyəsinə görə ən təhlükəsiz ölkələr arasında Belarus, Rumıniya, Xorvatiya Kuba kimi ölkələr yer alıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Şərhlər