Video 14:04 19.10.2018

Azərbaycan toyunda rəqqasəyə pul vermək istəyən kişini arvadı döydü (VIDEO)

Məşhur rəqqasə Aygün a24.az-a açıqlama verib.

Qaynarinfo xəbər verir ki, rəqqasə toylarda başına gələn maraqlı hadisələrdən bəhs edib:

"Bir dəfə məclislərdən birində bəy və gəlin üçün aş aparırdım. Gördüm ki, uzaqdan sərxoş bir kişi əlində 100 manatla yıxıla-yıxıla mənə doğru gəlir. Mən də fikirləşdim ayıbdır, əlini geri qaytarmayım. Pulu götürmək istəyəndə, arvadı özünü atdı üstümə. Kişini itələdi ki, rəqqasəyə 100 manat vermə. Dava düşdü. Həmin vaxt mənə də bir qapaz dəydi”.