Ölkə 19:14 21.12.2017

Azərbaycan Türkiyədən raketlər alacaq

Rəsmi Ankara raket texnologiyaları sahəsində xarici ölkələrdən asılılığı aradan qaldırmağa çalışır. Və bundan sonra Türkiyə özünün istehsalı olan raketlərin ixracına başlamaq niyyətindədir.

Qaynarinfo-nun haqqin.az-a istinadən məlumatına görə, türk hərbi eksperti Metin Qurkan İngilis dilli jurnal "Al-Monitor” üçün yazdığı məqaləsində qeyd edib ki, bu məsələdə ən çox öz arsenalına raket silahları əlavə etmək istəyən Azərbaycan maraqlıdır.