Ölkə 21:10 07.08.2017

Azərbaycan Ukraynadan 2,8 ton şəkər aldı

Ukrayna iyul ayı ərzində 13,3 min ton şəkər ixrac edib. "Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, əsas tədarüklər Tacikistan ( 4,3 min ton), Azərbaycan (2,8 min ton), Qırğızıstan (2,5 ton) və Gürcüstana (2,0 ton) reallaşdırılıb.

Qeyd edək ki, Ukrayna istehsalçıları 2016/2017-ci marketinq ili ərzində (sentyabr-iyul) xarici bazarlara 751 min ton şəkər tədarük ediblər.

Marketinq ili yekunlaşmasa da, yerli şəkər istehsalçıları ötən illə müqayisədə tədarükün həcmini 6 dəfə artırıblar. 2015/2016-cı marketinq ilində bu rəqəm 132,2 min ton təşkil edib.

Qaynarinfo.Az