Siyasət 22:33 01.02.2018

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov aralarında telefon danışığı olub.

Bu barədə Trend Rusiya XİN-ə istinadən xəbər verir.

Qeyd olunur ki, söhbət zamanı ikitərəfli münasibətlərin aktual məsələləri, beynəlxalq və regional gündəlik müzakirə olunub