Sənət 13:18 23.03.2018

Azərbaycan və Türkiyə birlikdə serial çəkir

Azərbaycan və Türkiyə ortaq serial çəkilişinə başlayır.

Qaynarinfo "Haberler"ə istinadən xəbər verir ki, serial "Keçid" (Geçit) adlanacaq və yeni mövsümdə yayıma başlayacaq.

Serialın baş rollarını azərbaycanlı aktyor Kənan Bahadıroğlu və türkiyəli gənc model, aktrisalığa başlayan Melike Nur Yıldız canlandıracaq.

Melike Nur Yıldız bildirib ki, filmin prodüseri ilə görüşdükdən sonra gələn həftə serialla bağlı açıqlama verəcək.

"Keçid"də Azərbaycan və Türkiyədən tanınmış aktyor və aktrisalar rol alacaq.
 


Aydın