Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında görüş başa çatıb.
Qaynarinfo-nun xəbərinə görə, nazirlər Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu görüşün yekunlarına dair mətbuat konfransı keçirəcəklər.
Xatırladaq ki, M. Çavuşoğlu Azərbaycanda səfərdədir.
***17.30
Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında görüş başlayıb.
Qaynarinfo-nun xəbərinə görə, nazir Elmar Məmmədyarov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüş keçiriləcək.
Görüşdən sonra mətbuat konfransı nəzərdə tutulub.
Şərhlər