Siyasət 09:32 28.10.2020

Azərbaycan və Türkiyənin XİN başçıları telefonla danışdı

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı XİN başçıları Dağlıq Qarabağdakı son vəziyyəti, münaqişəyə dair yenilikləri müzakirə ediblər.