Foto 16:57 26.12.2018

Azərbaycan və Ukrayna məktəbləri "Skayp"la açıq dərs təşkil edib

Sabir qəsəbə tam orta məktəbi ilə qardaşlaşmış Ukraynanın Trustkavetsk şəhər 2 saylı tam orta məktəbi 26.12.2018-ci il tarixdə iki onlayn açıq dərs təşkil ediblər.

"Skayp"la izlənilən maraqlı açıq dərsi 4-cü sinifdə Koçkuliç Lyudmila inteqrasiya olunmuş riyaziyyat fənnindən "Mən bu dünyada və ailə büdcəsi” mövzusunda keçib. Dərsi Sabir qəsəbə tam orta məktəbin ibtidai sinif müəllimləri izləyiblər.

İkinci dərs isə biologiya fənni üzrə aparılıb. Bu dərsi biologiya müəllimi Puçiv Mixaylo elektron lövhədə vizual göstərərək "Yarpaqlarda fotosintez”mövzusunu keçib. Bu dərsi isə Sabir qəsəbə tam orta məktəbinin yuxarı sinif müəllimləri izləyib.

Bir-birindən fərqli və maraqlı dərslər izlənildikdən sonra Azərbaycan və Ukrayna müəllimləri dərsin birgə müzakirəsini aparıb və hər iki dövlətin tədrisindəki müqayisələri nəzərdən keçiriblər. 

Bununla artıq Truskavetski məktəbi üçüncü açıq dərsini təqdim edib. Növbəti açıq dərsi isə artıq yanvar ayında Sabir qəsəbə tam orta məktəbin müəllimləri təqdim edəcək.