Azərbaycan Voleybol Federasiyasına yeni rəhbər təyin olundu

Azərbaycan Voleybol Federasiyasına yeni rəhbər təyin olundu

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyində kadr dəyişikliyi baş verib. 

Qaynarinfo-nun məlumatına görə, AVF-nin baş katibi Elşən İsmayılov vəzifəsindən azad edilib. 

17 ildən sonra onu bu postda fəaliyyətini dayandıran "Rabitə” və "Telekom”un sabiq prezidenti Cəlil Cəfərov əvəzləyib. Onun təyinatı ölkədə voleybol idman növünün daha da inkişafına hesablanıb. 

C. Cəfərov Azərbaycan voleybolu üçün yad sima deyil. Qadınlardan ibarət "Rabitə” və onun tərkibindəki "Telekom” klublarının prezidenti olub. Yeni baş katib bu komandalarla böyük uğurlar qazanıb. 

"Rabitə” onun rəhbərliyi altında klublararası dünya çempionatında qızıl və gümüş medallara yiyələnib, iki dəfə Çempionlar Liqasının finalında çıxış edib, bir dəfə üçüncü olub. Həmçinin, CEV kubokunda bürünc medal qazanıb. Ölkədaxili yarışlarda isə 8 dəfə Azərbaycan çempionu olan "Rabitə” dəfələrlə gümüş və bürünc medal da qazanıb. Onların uğurunu "Telekom” da davam etdirərək, Superliqanın qızıl və gümüş medallarına sahib olub.
 
(ONA)
XƏBƏRLƏR
BLOGLAR