Siyasət 22:43 18.09.2021

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib.

Qaynarinfo bu barədə nazirliyin tvitter hesabına istinadən xəbər verir.

Təbrikdə deyilir: "Müstəqillik Günü münasibətilə dost Çili xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Müstəqillik gününüz mübarək, Çili!".